Maye qazın qiyməti 45 qəpikdən 65 qəpiyə qaldırıldı

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) yaranan maye qaz (LPG) qıtlığı aradan qaldırılır, artıq “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub. Avtosfer.az xəbər verir ki, bu barədə “APA-ya “Azpetrol” şirkətindən məlumat verilib. Şirkətdən bildirilib ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb. “Qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun bizə satdığı qiymət əsasında formalaşıb”, - deyə “Azpetrol”dan bildirilib.
Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir. “Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər", - deyə İ.Əhmədov qeyd edib.
İ.Əhmədov əlavə edib ki, hazırda ölkədə maye qaza tələbat artmaqdadır: "Belə ki, bu məhsul həm də kimya sənayesində xammal kimi istifadə olunur".
“Məişət Maye Qaz” QSC-dən isə bildirilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: “Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.
“SOCAR Petroleum” şirkətindən isə bildirilib ki, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: “Hazırda “Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












