"Maz"dan külli miqdarda qanunsuz siqaret aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunun yük-idxal xəttində İranın "Mekanizasion Keshavarzi Shali Kasht" şirkətindən ölkəmizə kafel gətirən, Azərbaycan vətəndaşının idarə etdiyi "Maz" markalı yük avtomobili saxlanılıb. Komitədən Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Kabinədə aparılan yoxlama nəticəsində hər iki qapının üzlüyündə, arxa yataq hissəsinin divarında və sağ oturacağın altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 16 200 ədəd "Senator", 7000 ədəd "Milano" və 2000 ədəd "Kent" markalı siqaretlər aşkarlanıb. Daha sonra stasionar rentgen qurğusundan keçirilən yük nəqliyyat vasitəsinin qoşqusundakı 3 yeşiyin hər birinin alt hissəsində, xüsusi düzəldilən saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 7600 ədəd "Senator" və 13 800 ədəd "Milano" markalı siqaretlər tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












