Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT

Yollarda avtomobillərin məcburi dayanması bəzən ağır yol-nəqliyyat hadisələrinə, hətta zəncirvari qəzalara səbəb olur. Xüsusilə yüksək sürətli yollarda dayanmış avtomobilin vaxtında görünməməsi digər sürücülər üçün ciddi təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, belə hallarda sürücülərin təhlükəsizlik qaydalarına əməl etməsi, qəza dayanma nişanından düzgün istifadə etməsi və digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etməsi mühüm əhəmiyyət daşıyır. Bəs avtomobil yolda məcburi dayandıqda sürücülər hansı qaydalara əməl etməlidirlər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobil yolda məcburi dayandıqda sürücü qəza işıqlarını yandırmalı, qəza dayanma nişanını qoymalı və digər sürücüləri xəbərdar etməlidir:

''Xüsusilə magistral yollarda sürət həddinə əməl etmək və ara məsafəsini saxlamaq çox vacibdir. Çünki dayanan avtomobilə yüksək sürətlə çırpılmaq zəncirvari qəzaya səbəb ola bilər. Belə qəzaların qarşısını almaq üçün nəzarətlə yanaşı, sürücülərin məsuliyyəti də artırılmalıdır. Əsas məsələ odur ki, hər bir sürücü yolda özünün və başqalarının təhlükəsizliyini düşünərək hərəkət etsin''.
Fatimə
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO












