MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirib - FOTOLAR

Medianın İnkişafı Agentliyi tərəfindən bir sıra media nümayəndələrinə “Vizual təsirin gücləndirilməsi və müasir auditoriya üçün cəlbedici multimedia məzmunlarının hazırlanması” mövzusunda vörkşop keçilib.
Avtosfer.az xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, rəqəmsal dövrdə medianın auditoriya ilə effektiv kommunikasiya qurması üçün vizual hekayəçilik və multimedia alətlərindən düzgün istifadə xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, belə vörkşoplar jurnalistlərin peşəkar bacarıqlarının inkişafına, həmçinin müasir media mühitində rəqabət qabiliyyətli məzmunların hazırlanmasına töhfə verir.
Vizual kommunikasiya mütəxəssisi və film rejissoru Antye Dombrovskinin təqdimatında keçilən vörkşop çərçivəsində ümumilikdə altı sessiya təşkil olunub. Sessiyalarda “Müasir multimedia məzmun yaradıcılığına giriş: təcrübə və fikir mübadiləsi”, “Real iş mühitində qərarvermə: peşə terminologiyası, montaj və vizual elementlərin işlənilməsi”, “Hekayəyə giriş: auditoriyanı cəlb edən giriş strategiyaları, emosiya və etibarlılıq”, “Avadanlıqlardan istifadə: kadrlama və perspektivin gücü”, “Vizual materiallarda emosional təsir və etik yanaşma”, eləcə də “Vizual hekayəçilikdə refleksiya və əsas nəticələr” mövzuları müzakirə olunub.
Antye Dombrovski diqqətə çatdırıb ki, vizual hekayəçilik və multimedia alətlərindən effektiv istifadə media materiallarının təsir gücünü artırmaqla yanaşı, məlumatın auditoriyaya daha aydın və cəlbedici şəkildə çatdırılmasına xidmət edir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO






















