“Media savadlılığını təhsilə necə inteqrasiya etməli?: müəllim və mütəxəssis rəyi” - FOTOLAR

“Media Savadlılığı” Həftəsi çərçivəsində Bakı şəhəri üzrə 12 ümumi təhsil müəssisəsində 2500-ə yaxın şagird üçün media savadlılığı mövzusunda təşkil olunan məlumatlandırma sessiyaları və açıq dərslərin nəticələrinin sistemli şəkildə ümumiləşdirilməsi məqsədilə “Media savadlılığını təhsilə necə inteqrasiya etməli?: müəllim və mütəxəssis rəyi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova qeyd edib ki, media savadlılığının formal təhsildə əhatə olunması üçün tətbiq edilən pedaqoji yanaşmaların effektivliyinin ölçülməsi, eləcə də növbəti mərhələlərdə tədris məzmunu və metodologiyanın təkmilləşdirilməsi baxımından nəticələrin sistemli şəkildə ümumiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı bildirib ki, media savadlılığı bacarıqlarının erkən yaşlardan formalaşdırılması şagirdlərin informasiyaya münasibətində tənqidi düşüncənin gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, təhsil müəssisələrində bu istiqamətdə həyata keçirilən təşəbbüslər şagirdlərin rəqəmsal mühitdə daha məsuliyyətli və məlumatlı davranış vərdişləri qazanmasına imkan yaradır.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə vurğulayıb ki, təşkil olunan məlumatlandırma sessiyaları və açıq dərslər şagirdlərin media savadlılığı üzrə bilik və bacarıqlarının artırılması, doğru informasiya əldə etmək vərdişlərinin formalaşdırılması, informasiya məkanında təqdim olunan məzmunu müstəqil şəkildə təhlil edə bilmələri baxımından olduqca vacibdir.
TOT təlimlərində iştirak edən müəllimlər, təlimçilər və təhsil ekspertləri isə həyata keçirilən sessiya və açıq dərslərin şagirdlərin məlumatlara daha diqqətli yanaşmasına, mənbələrin qiymətləndirilməsi və faktların yoxlanılması bacarıqlarının inkişafına töhfə verdiyini diqqətə çatdırıblar.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA

















