Mediada Zəfər Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

Noyabrın 7-də Medianın İnkişafı Agentliyində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zəfərin 5-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, artıq 5-ci ildir qeyd olunan Zəfər Günü Azərbaycan xalqının yenilməz iradəsinin, milli birliyinin və Müzəffər Ali Baş Komandanın qətiyyətinin rəmzidir. O bildirib ki, Prezident İlham Əliyevin yüksək siyasi məharəti sayəsində qazanılan böyük uğurlar media müstəvisində də geniş əks-səda yaratdı, hərbi əməliyyatlar zamanı Prezidentin dünyanın aparıcı media qurumlarına verdiyi onlarla müsahibə münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı, ölkə mediası isə Vətən müharibəsinin gedişi barədə məlumatları xalqımıza və dünya ictimaiyyətinə operativ və dəqiq şəkildə yayımladı. İcraçı direktor həmçinin Böyük Qayıdış dövründə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin işıqlandırılmasında, Zəfər ruhunun yaşadılması və milli həmrəyliyin möhkəmlənməsində medianın rolunu vurğulayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli və Agentliyin aparat rəhbəri Rəqsanə Kərimova 8 Noyabr tarixinin Azərbaycan dövlətinin, ordusunun, xalqının və diplomatiyasının qələbəsi, xalqımızın birlik, iradə və yenilməzliyinin rəmzi kimi hər bir azərbaycanlının yaddaşına əbədi qürur və fəxarət günü kimi həkk olunduğunu vurğulayaraq, tarixi həqiqətlərimizin gələcək nəsillərə ötürülməsində, Zəfər salnaməsinin dünyaya çatdırılmasında media nümayəndələrinin yorulmaz fəaliyyətlərindən bəhs ediblər.







Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












