Məhkəmə hakimi yanğınsöndürənləri güllələyəcəyi ilə hədələdi

Ermənistanda məhkəmə hakimi silahla ətrafındakı hamıya atəş açacağı ilə hədələyib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Kotaysk vilayətində baş verib.
Qeyd edilir ki, xidməti vəzifəsini yerinə yetirən Fövqəladə Hаllar Nazirliyinin əməkdaşları hadisə yerinə gedərkən "Mazda" markalı, "12-NN-021" dövlət nömrə nişanlı avtomobilin sürücüsündən ona yol verməyi xahiş ediblər. Lakin avtomobilin sürücüsü nəqliyyat vasitəsindən düşərək əlindəki silahı onlara tuşlayıb. O, yanğınsöndürənlərin hamısını güllələyəcəyi ilə hədələyib.
Fakt üzrə araşdırma aparan polis avtomobilin Yerevan sakini N.K-ya məxsus olduğunu müəyyənləşdirib. Ancaq paytaxtın 35 yaşlı sakini Artur Avakyan hüquq-mühafizə orqanlarına müraciət edərək avtomobilin ona məxsusluğunu, hadisə zamanı sükan arxasında özünün olduğunu bildirib. O, qeyd edib ki, hadisə zamanı əlində "Bruni 84" markalı tapança olub.
Polis bölməsində fakt üzrə materiallar toplanılır.
Qeyd edilir ki, Avakyan Ermənistanın İnzibati Məhkəməsinin hakimidir.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












