Mehriban Əliyeva Qarabağ əlilinin ev problemini həll edib

“Mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdaram. Həm ailəmiz adından, həm Qarabağ əlilləri adından, həm şəhid ailələri adından, həm də Qazax rayonunun çox saylı camaatı adından Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bizim səsimizi eşidib, evimizi geri qaytardığı üçün ona dünyanın ən böyük neməti olan cansağlığı arzulayıram. Allah onun canını sağ eləsin, ömrü uzun olsun”.
Bunu Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü Qurban Qurbanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı müraciətində deyib.
Belə ki, 2014-cü ildə həyat yoldaşı və oğlunun səhhəti ilə bağlı bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün girovda olan mənzilinə həbs qoyulan Qazax rayon sakini, Qarabağ müharibəsi əlili Q.Qurbanov Birinci vitse-prezident Mehriban Əliyevaya bu günlərdə məktubla müraciət edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlilinin Vətən uğrunda xidmətləri, hazırda üzərinə həbs qoyulan mənzilinin ölkə Prezidenti tərəfindən verildiyi nəzərə alınaraq onun banka olan borcunun dövlət hesabına ödənilməsinə dair müvafiq tapşırıq verib. Eyni zamanda Mehriban Əliyevanın tapşırığına əsasən, Qurban Qurbanovun oğlunun müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












