"Məktəb sosial yarış meydanı olmaqdan çıxır" - EKSPERT QƏRARI DƏSTƏKLƏDİ

"Nazirlər Kabinetinin məktəbli formaları ilə bağlı verdiyi qərar təkcə vizual və ya kəmiyyət göstəricisi deyil, birbaşa məktəb mühitinin psixoloji, sosial və tədris balansını təmin edən mühüm addımdır".
Avtosfer.az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında təhsil sahəsi üzrə ekspert Əmrah Həsənli deyib.
O bildirib ki, vahid geyim formasının tətbiqi təhsil müəssisələrində bir neçə təməl funksiyanı eyni anda yerinə yetirir:
“İlk növbədə məktəbli forması cəmiyyətdəki sosial iqtisadi fərqliliklərin məktəb divarları arasında qabarmasının qarşısını alan ən effektiv qoruyucu baryerdir. Müxtəlif maddi imkanlara sahib ailələrin övladları eyni mühitdə təhsil alırlar. Azad geyim rejimi tətbiq olunduqda uşaqlar, xüsusən də, yeniyetmələr arasında geyim üzərindən sosial status yarışı formalaşır. Bu da maddi imkanı nisbətən aşağı olan şagirdlərdə özünəqapanma, psixoloji kompleks və ya kənarda qalma hissi yaradır. Vahid forma isə bütün şagirdləri eyni status müstəvisinə gətirir və diqqəti maddi fərqlərdən ayırıb bilik və bacarıqlara yönəldir”.
Ekspert qeyd edib ki, bunun nizam-intizam və təhsilin keyfiyyətinə birbaşa təsiri var:
“Geyim insanın psixologiyasına və davranışına təsir edən mühüm amildir. Məktəbli forması hər gün şagirdə psixoloji olaraq xatırladır ki, o, əyləncə və istirahət mühitində deyil, məsuliyyətli elm ocağındadır. Uşaqlarda məsuliyyət hissini, ciddi rejimə uyğunlaşmağı, daxili intizamı formalaşdırır. Tədris prosesində geyim üzərindən diqqətdən yayınmalar azaldıqda sinifdəki diqqət və konsentrasiya birbaşa müəllimə və ya dərs materialına yönəlir ki, bu da təhsilin keyfiyyətinə müsbət təsir göstərir”.
Onun fikrincə, nəticə etibarilə, təsdiqlənmiş vahid geyim formaları məktəbi sosial müqayisə meydanından çıxarıb, bərabər imkanlar və intizamlı təhsil mühitinə çevirən vacib alətdir.
"Əsas məsələ, bu formaların həm də keyfiyyət, rahatlıq və əlçatanlıq baxımından valideynlər və şagirdlər üçün tam əlverişli olmasını təmin etməkdir”, - Ə.Həsənli əlavə edib.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












