Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO

Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.
Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 225 saylı orta məktəbdə jurnalistlərə hücum dünən məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib.
Belə ki, məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında qarşıdurma yaranıb. İnsident zamanı “Real TV”nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO












