Məktəbin yaxınlığında bina tikilməsinə Hacıbala Abutalov razılıq veribmiş

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti Nəsimi rayonu 54 nömrəli tam orta məktəbin yaxınlığında aparılan tikinti işlərinın dayandırılması ilə bağlı məlumat yayıb. Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, bir neçə gün əvvəl müxtəlif kütləvi informasiya vasitələrində Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə yüksək mərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı məlumat yayımlanmışdır. Məsələ ilə bağlı Təhsil Nazirliyi müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bununla əlaqədar olaraq dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılmış və Komissiya üzvləri həmin məktəbdə olaraq məsələ üzrə ətraflı araşdırma aparıblar. Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılıb.
Araşdırma zamanı məlum olub ki, hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib. Bunu, tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş sərəncam ləğv edilib. Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır.
Fidan
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










