Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?

Yeni tədris ilinin başlaması ilə səhər saatlarında yollarda nəqliyyat sıxlığı yaranıb. Bu isə taksi xidmətlərinin qiymətlərində də artımla müşahidə olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, səhər saat 06:49-dan 08.11-dək bəzi istiqamətlər üzrə taksi qiymətlərində 2-6 manatadək artım qeydə alınıb.
Belə ki, Sumqayıt şəhərində yerləşən "Bağçaşəhər" yaşayış kompleksindən metronun "20 Yanvar" stansiyası istiqamətinə saat 06:49-da taksi sifarişinin qiyməti 17.90 manat olduğu halda saat 07:13-də eyni istiqamət üzrə qiymət 22.90 manata yüksəlib.
Qiymət artımı həm ekonom, həm komfort, həm də prioritet sifarişlərdə özünü göstərib.
Digər bir nümunədə isə Bakı şəhəri, Dadaş Bünyadzadə küçəsi, 9 ünvanından "28 Mall" istiqamətinə taksi qiyməti saat 06:49-da 14.90 manat, saat 08:11-də isə 17.90 manat təşkil edib.
Eyni zamanda, bəzi istiqamətlər üzrə gediş və qayıdış qiymətlərinin də fərqli olduğu müşahidə edilib.
Məsələn, Bakı şəhəri, Cavadxan küçəsi, 40 ünvanından Dilbər Əliyeva küçəsi, 161 ünvanına taksi sifarişinin qiyməti 6.90 manat olduğu halda, əks istiqamətdə, yəni Dilbər Əliyeva küçəsi, 161-dən Cavadxan küçəsi, 40-a gedişin qiyməti 9.90 manat göstərilib.
Qeyd edək ki, taksi qiymətləri tələbat, yol şəraiti və digər dinamik amillərdən asılı olaraq dəyişə bilər.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












