Məktəblərdə yığılan PULDAN NAZİRİN XƏBƏRİ yoxdursa… – Pullar kimin cibinə axır?

Hər il Azərbaycanda oktyabrın 5-də Müəllimlər günü kimi qeyd edilir. Bu təqvim bir sıra məsələləri yenidən gündəmə gətirir. Bunlardan biri də müəllimə hədiyyə almaq və ya bunun üçün valideynlər arasında pul toplamaq mövzusudur. Artıq uzun illərdir ki, məsələ öz həllini tapmır. Məktəblərdə qeyri-rəsmi şəkildə pul yığımlarının ləğv edildiyi deyilsə də, bunun qarşısı alınmır.
Sual yaranır: Elm və Təhsil Nazirliyi niyə bu prosesin qarşısını almır? Gücü çatmır, ya istəmir? Bu qədər yığılan vəsait hara və kimin cibinə gedir?
Avtosfer.az-ın məlumatına görə, Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Müəllimlər günündə pul yığılması ilə bağlı mütləq sübut lazımdır.
Onun sözlərinə görə, nazirlik pul yığıldığını eşitsə belə, ortada şikayət olmalıdır:
“Məsələn, valideynlər pul yığır. Gəl, indi sübut et ki, onlara məktəbdən müəllim, rəhbərlik və ya başqa kimsə bu cür tapşırıq verib. Qarşı tərəf deyəcək ki, heç nədən xəbərimiz yoxdur, valideynlər özləri pul yığır və s. Nazirliyin xəbəri oldu-olmadı, bu məsələ cəmiyyətimizdə olan köklü problemdir. İnsanların çoxu buna adi hal kimi baxır. Əksəriyyət deyir ki, hə, nə olsun, pul vermək lazımdır da. Ona görə də, məsələlər üzə çıxmır”.
Xatırladaq ki, ümumtəhsil məktəblərində yalnız Müəllimlər günü üçün pul yığılmır. 8 mart, Yeni il, Novruz bayramı, direktorların doğum günləri, məktəbin təmiri, təhsil müəssisələrinə qonaqların gəlməsi, hətta yerli icra hakimiyyətlərinin hansısa tədbiri adı altında hələ də pullar yığılır. Hər dəfə mediada bu məsələ gündəmə gətirildikdə Elm və Təhsil Nazirliyindən “xəbərimiz yoxdir” tipli açıqlamalar verilir. Bu isə o deməkdir ki, ETN tabeliyindəki qurumlardakı qanunsuz fəaliyyətə ya göz yumur, ya da üzərinə düşən işin öhdəsindən gələ bilmir.
Nazir Emin Əmurullayev də jurnalistlərin aidiyyəti suallarına qeyri-müəyyən cavablar verməklə, mövzudan yayınır. Əksər rəylər isə belədir ki, nazir də, nazirlik də istəsə bu qeyri-qanuni fəaliyyətin qarşısını alar.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










