Məktəbli qızın qətlə yetirildiyi iddia olunan videogörüntüləri yayan şəxs saxlanılıb

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Avtosfer.az-a verilən məlumata görə, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, cari il oktyabrın 8-də Gəncə şəhərində şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuş, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilmişdir.
Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılmış və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.
Namiq
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












