Məktəblilərə dəyərli tövsiyələr verildi

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” , “Dini radikalizmə qarşı mübarizə” mövzularında gənclərlə görüş keçirilib və onlara dəyərli tövsiyələr verilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədov narkotik vasitələrdən istifadə edənlərin cəmiyyətdən təcrid olunduğunu, narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarını məhv etmələrindən danışıb. Şöbə rəisi bu kimi halların yaşanmaması üçün gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırmağın vacibliyini vurğulayıb.
Daha sonra erkən nikahın və dini radikalizmin fəsadlarından söz açılıb. Çıxış edənlər dini radikalizm və onun fəsadları haqqında danışaraq gənclərin radikal dini cərəyanlardan qorunmasının zəruriliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, gənclər arasında mənəvi dəyərlərin geniş təbliğ edilməsi dini radikalizmə qarşı mübarizədə ən təsirli vasitələrdən biridir. Erkən nikahların isə daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyi qeyd edilib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











