Məmur qadın Azərbaycanda “şokalad vannasından” şəkil paylaşdı, qalmaqal qopdu

Rusiyanın Ulyanovsk vilayətinin məmuru Azərbaycanda dəbdəbəli oteldən, "şokalad vannasından" sosial şəbəkələrdə foto paylaşıb və qalmaqal yaradıb.
Avtosfer.Az Virtualaz.org-a istinadən xəbər verir ki, regionun İT-korporasiyasının (dövlət müəssisəsidir) rəhbəri Svetlana Openışeva ötən həftə Azərbaycanda məzuniyyətini necə keçirdiyi barədə İnstagram-da paylaşdığı fotolara görə işdən azad edilə bilər.
Belə ki, Svetlana Openışeva Naftalandakı beşulduzlu "Garabag Resort & Spa" otelində dincəlir və orada müalicə prosedurlarından keçir. Məmur şokalad rəngində maye ilə dolu vannadan çəkdiyi selfe-ni paylaşıb və yazıb: "Çox şokalad olmur". Həmin vannadakı maye isə belə görünür ki, Naftalan neftidir, məmur onu şokalada bənzədib.
Foto dərhal sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub. İstifadəçilər Openışevi "dəbdəbəli həyat" keçirməkdə və qeyri-təvazökarlıqda ittiham ediblər. Hətta onu "Ulyanovskun Peris Hiltonu" da adlandırıblar. Hansı ki, bir neçə il əvvəl "Hilton" otellər şəbəkəsinin sahibinin varisi, "dəbdəbə kraliçası" Peris Hilton isti şokaladla dolu vannadan fotolarını paylaşmışdı.
Ulyanovsk qubernatoru Sergey Morozov Naftalanda "şokalad vannasında üzən" məmur qadın barədə xidməti araşdırma aparmağı tapşırıb. Və onun araşdırmanın sonunda "dəbdəbəli həyatı nümayiş etdirməyə görə" işdən azad edilə biləcəyini deyib. Morozovun sözlərinə görə, "təvazökar yaşamaq lazımdır",
"İstənilən qeyri-təvazökarlığın qarşısı alınacaq. Bir çoxlarının heç xaricə getməyə imkanı yoxdur. Amma mən baxıram xanım Openışevanın bacarığına, qərara almışam ki, xidməti araşdırma aparılsın. Şəffaflıq haqda danışanda heç də onu nəzərdə tutmuruq ki, kimsə gedib alt paltarını çəkib göstərsin, şəffaflıq problemlərə reaksiya verməkdir. Mən çoxlarına xaricə məzuniyyətə getməyə icazə verirəm, çünki qanun yol verir, amma öz imkanlarını belə nümayiş etdirmək lazım deyil. Mənim qərarım budur ki, xidməti araşdırma aparılsın və Openışeva işdən azad edilsin",-qubernator bildirib.
Hərçənd mətbuat yazır ki, Openışevanın Naftalanda dincəlməyi elə də baha başa gəlməyib-iki nəfər üçün oteldə qalmaq və müalicə təxminən 900 dollara, gediş-gəliş isə 130 dollara başa gəlib.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










