Məqsəd sagirdləri maariflənməsidir

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə şəhərin 12 saylı tam orta məktəbində «Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq» mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Nizami Rayon Polis İdarəsinin əməkdaşları ilə yanaşı, pedaqoji heyət, valideynlər və şagirdlər də iştirak edib.
Nizami RPİ-nin rəisi, polis polkovnik-leytenantı Samir Həsənov narkomaniya əlehinə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır. O, bildirib ki, bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb. Qalır bu imkanlardan yararlanmaq üçün yaxınlar, doğmalar arasında təbliğat aparmaq. Rəis bildirib ki, əgər qonşunu narahat edən bu problemin həllində kimsə yardımını əsirgəsə sabah onun özü də belə təhlükə ilə üzbəüz qala biləcəyini düşünməlidir. Ən azından üzləşdiyi, eşidib-bildiyi təhlükə barədə polisə məlumat verməlidir.
Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx izlənilib.
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - VİDEO
Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX
Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrin psixologiyaya təsiri: “İnsanlar başqası olmağa çalışır”
Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA
Şəhərin mərkəzində çəkilən qeyri-adi qoşa xətt narazılıq doğurur - VİDEO








