Məqsədi insana xidmət etmək olsa da, onu "öldürənlərin" adları açıqlandı

“Greenpeace” ekoloji təşkilatı qlobal istiləşmə prosesinə təsir göstərən iri avtomobil istehsalçıları ilə bağlı hesabatını açıqlayıb. 2018-ci ilin göstəricilərinə görə, təkcə “Volkswagen” atmosferə bütün Avstraliya sənayesindən çox parnik qazı buraxır. Ümumilikdə isə planetin çirklənməsində avtomobillərin payı 10 faiz təşkil edir.
Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, “Greenpeace” təşkilatının hesabatı 2017-2018-ci illərdə 12 ən böyük avtomobil istehsalçısının ətraf mühitə təsirini və zərərli tullantıların miqdarını nəzərdən keçirir. Burada həmçinin sənayenin "ciddi ekoloji fəlakətin təsiri altında tranformasiya"nı da arzu etmədiyi göstərilir.
Ekoloqlar hibridlərə keçidi işin yarısı hesab edirlər. Bildirirlər ki, yaranmış problemlərin adekvat həlli mümkün deyil. Onlar 2028-ci ilədək qalıq yanacaqlarla (hidrokarbon ixrac edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqları) işləyən maşınlardan tamamilə imtinana təklif edirlər.
Qeyd edirlər ki, eyni zamanda tıxac problemi də həllini tapmalıdır.
“Greenpeace” şirkətlərə avtomobillərin sadə istehsalından tıxacı azaltmağa kömək edəcək mobil həllərin yaradılmasına keçməyi, eyni zamanda karşerinq (carsharing - avtomobil kirayəsinin bir növü) operatoru kimi fəaliyyət göstərməyi təklif edir.
“Greenpeace”in sözlərinə görə, iri avtokonsernlər sərt ekoloji standartları kəskin tənqid edir və "avtomobil sahibi olmaq" ideyasını təbliğ etməyə davam edirlər. Belə bir biznes modeli köklü şəkildə yenidən nəzərdən keçirilməlidir: brendlər fərdi istifadə imkanlarını minimuma endirəcək şəkildə hazırlanacaq yüngül, yığcam və enerjiyə qənaət edən nəqliyyat vasitələrinin istehsalına diqqət yetirməlidirlər.
Eyni zamanda, hesabatda göstərilir ki, avtomobil sənayesi bütün dünya üzrə istixana qazlarının ümumi həcminin doqquz faizini (2018-ci ilin məlumatı) atmosferə atır.
Antireytinqin lideri “Volkswagen”dir (582 milyon ton CO₂ ekvivalenti). Onu “Renault”-“Nissan” (577 milyon), “Toyota” (562 milyon), “General Motors” (530 milyon), “Hyundai”-“Kia” (401 milyon) izləyir. Siyahını 132, 161 və 164 milyon ton CO₂ ekvivalenti ilə “BMW”, “Daimler” və “Suzuki” tamamlayır.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










