"Mercedes"dən aksiz markası olmayan spirtli içkilər aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə "Mercedes-Benz E300" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə məlumat daxil olub.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həmin avtomobil Gəncə şəhəri ərazisində saxlanılıb və baxış keçirilib.
Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin salonunda və yük yerindəki sellofan torbalarda spirtli içkilərin olduğu müəyyən edilib. Sellofan torbalara ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.
Yoxlama zamanı sellofan torbaların içərisində 1 litrlik, üzərində "Bombay Sapphire" yazılan 27 ədəd, üzərində "Aperon" yazılan 14 ədəd, üzərində "Jameson" yazılan 26 ədəd, üzərində "Sierra" yazılan 30 ədəd, üzərində "Bacardi" yazılan 28 ədəd, üzərində "Finlandia" yazılan 7 ədəd, üzərində "Jim Beam" yazılan 18 ədəd, üzərində "Optium Ron Blanco" yazılan 6 ədəd, üzərində "Optimum Premium Black" yazılan 5 ədəd, üzərində "Ballantines" yazılan 10 ədəd və 0.5 litrlik, üzərində "Yeni Rakı" yazılan 30 ədəd Azərbaycan aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










