Mərdəkan şosesində ölümlə üz-üzə - REPORTAJ - VİDEO

Bura çoxlarımıza tanış olan tez-tez piyada vurulması hallarının baş verdiyi Mərdəkan şosesi ilə Qala-Pirallahı yolunun kəsişməsidir.
10 ildən artıqdır bu stareji əhəmiyyətli magistral yol salınanda ətraf ərazilərdə demək olar ki, yaşayış yerləri yox idi. Lakin əhalinin sürətli artım tempi və urbanizasıya nəticəsində azı son beş ildə yolun kənarında yeni yaşayış yerləri salınıb, əhali çoxalıb.
Baku.Tv-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, yol boyunca bir neçə nöqtədə avtobus dayanacaqları olsa da, sakinlərin bir tərəfdən qarşı tərəfə keçməsi nəzərə alınmayıb. Mərdəkan şosesinin Qala-Pirallahı yolu ilə kəsişməsindəki bu acınacaqlı mənzərə problemi tam şəkildə ortaya qoyur. Şəhərə getmək istəyən sakinlər sürət həddi 120 kilometr müəyyən edilmiş bu səkkiz zolaqlı yolu həyatları bahasına keçmək məcburiyyətində qalırlar.
Sakinlərin sözlərinə görə, hər il bu yolda piyadaların ölümü ilə nəticələn onlarla qəza hadisəsi yaşanır:
“Lakin 5 ildir ki, aidiyyatı qurumlar burada yerüstü və ya yeraltı piyada keçidinin inşası ilə bağlı qərar verə bilmirlər.
Hər ay bir neçə piyadanı maşın vurur burda, qorxu içində keçirik yolu. Yolu keçmək üçün ya həyatımızı risqə atmalıyıq ya da əlavə pul verib gedib iki kilometr yol fırlanıb gəlməliyik”.
Sakinlər hər an təhlükə altında qaldıqlarını bildiriblər: “Dövlət başçısı hər gün vəsait ayırır, amma pulu yeyirlər”.
Şəhərdə yol hərəkətinin təşkili və təhlükəsizliyinə cavabdeh olan qurum - Bakı Nəqliyyat Agentliyi, habelə keçidlərin tikintisi həyaya keçirən qurum - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilər ki, bununla bağlı Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi komissiyası təklif hazırlayıb və hökumətə təqdim edilib.
BNA sözçüsü Mais Ağayevin sözlərinə görə, Yol təhlükəsizliyi komissiyasına sözügedən ərazi də daxil olmaqla 41 yerdə piyada keçidinin inşası ilə bağlı göndərilən təkliflər qəbul olunub.
Lakin əsas sual ondan ibarətdir ki, keçidi salmaq üçün niyə illərlə gözləmək lazımdır? Dövlət vətəndaşların təhlükəsizliyi üçün külli miqdarda vəsait ayırırsa, niyə iş icra olunmur? Piyada keçidlərinin inşasını həyata keçirən Avtomobil Yolları Üzrə Dövlət Agentiyi də bildirir ki, yaxın gələcəkdə bu ərazidə keçid quraşdırılacaq….
AAYDA-nın sözçüsü Anar Nəcəfli isə qeyd edib ki, sözügedən ərazi və başqa bir neçə yerdə piyada keçidlərinin inşası ilə bağlı təkliflər yollanılıb:
“Yaxın gələcəkdə ərazidə piyada keçidi quraşdıralacaq”.
İkinci sual ortaya çıxır. Hansı yaxın gələcək? Bir ay sonra, bir il sonra, yoxsa 10 il sonra? Və ən vacib sual – bu başıbəlalı yolda daha nə qədər piyada qarşı tərəfə keçərkən maşın altında qalacaq? Aidiyyatı qurumlar bu suala cavab tapmaqdansa, vaxt itirmədən işə başlasalar yaxşı olar.
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










