"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI

"Avtobuslarda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı hələlik konkret bir layihə mövcud deyil".
Bu sözləri açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, hazırda məsələ daha çox ictimai müzakirə mərhələsindədir - mediada ekspertlər tərəfindən müxtəlif təkliflər səsləndirilir, beynəlxalq təcrübələr müqayisə olunur və bu istiqamətdə fikir mübadiləsi aparılır: "Müxtəlif yanaşmaların irəli sürülməsi isə göstərir ki, məsələ aktualdır və gələcəkdə tətbiqi istisna edilmir.
Bu sistemə keçid üçün isə ilk növbədə ictimai nəqliyyat sahəsində bir sıra vacib işlər tamamlanmalıdır. Xüsusilə avtobus seqmentində nağdsız ödəniş sisteminin bütün marşrutlarda tətbiqi tam şəkildə təmin edilməlidir ki, gedişlər dəqiq şəkildə qeydə alınsın. Bununla yanaşı, sərnişin axınının düzgün hesablanması, texniki infrastrukturun gücləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də əsas şərtlərdən hesab olunur. Paralel olaraq, brutto müqavilə modelinə keçid həyata keçirilməli və ictimai nəqliyyat fonduna müəyyən maliyyə vəsaitləri toplanmalıdır ki, sistemin davamlı fəaliyyəti təmin olunsun.
Bu mərhələlər uğurla tamamlandıqdan sonra tariflərin diferensiallaşdırılması məsələsinə baxmaq mümkün olacaq. Yəni gediş haqqının məsafəyə görə hesablanması, qısa və uzun məsafələr üzrə fərqli tariflərin tətbiqi, həmçinin müxtəlif sosial kateqoriyalar üçün güzəştlərin müəyyənləşdirilməsi kimi mexanizmlər gündəmə gələ bilər. Bu isə həm sərnişinlər üçün daha ədalətli ödəniş modelinin formalaşmasına, həm də ictimai nəqliyyat sisteminin daha səmərəli idarə olunmasına şərait yarada bilər"./sia.az
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










