Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı - FOTO

Məşhur müğənni Berdan Mardini doğulduğu kəndə böyük sərmayə qoyub.
Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, o cəmi 78 evdən ibarət kənddə zavod quraraq həm iqtisadi, həm də sosial baxımdan diqqət çəkən layihəyə imza atıb.
Mardini bildirib ki, bu layihəyə 2016-cı ildən başlayıb və bütün maddi imkanlarını bu işə yönəldib:
"Varımı-yoxumu bu layihəyə qoydum. Evlərimi, avtomobillərimi satdım".
![]()
Təxminən 10 milyon dollarlıq investisiya ilə həyata keçirilən layihə insanların təəccübünə səbəb olub. Onun sözlərinə görə, bir çoxları bu qərarı riskli hesab edib. Qurulan müəssisədə əsasən qızılgül əsaslı məhsullar istehsal olunur. Buraya qızılgül yağı, ətirlər və qızılgüllü limonad kimi məhsullar daxildir. Layihə üçün "Rose damascena" növünə aid güllərin yenidən yetişdirilməsi də xüsusi yer tutur.
![]()
Sənətçi layihənin sosial əhəmiyyətini də vurğulayaraq bildirib ki, əsas məqsədi kənddən şəhərə köçün qarşısını almaqdır.
"İstəyirəm insanlar öz torpağında xoşbəxt yaşasın... Bu işdə əsas prioritetim qadınların məşğulluğunu artırmaqdır", - deyə o qeyd edib.
Məlumata görə, layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bölgədə 450-500 nəfər üçün yeni iş yerləri yaradılacaq.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












