Metapnevmovirus infeksiyası ilə bağlı dünyada pandemiya təhlükəsi varmı? - ÜST-dən AÇIQLAMA

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto jurnalistlərlə söhbətində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ilə telefon danışığından bəhs edib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Moskovskiy komsomolets" qəzeti məlumat verib.
Məlumata görə, Peter Siyarto bildirib ki, Qebreyesus ilə söhbət zamanı metapnevmovirusun yayılması ilə bağlı vəziyyəti müzakirə ediblər.
Siyartonun sözlərinə görə, hazırda ÜST bu xəstəliklə bağlı pandemiya təhlükəsi görmür.
"ÜST hesab edir ki, hazırda dünyada metapnevmovirus infeksiyası ilə bağlı pandemiya təhlükəsi yoxdur", - deyə nazir qeyd edib.
O, həmçinin, ÜST rəhbərinə istinadən əlavə edib ki, hazırda insanların sağlamlığının qorunması sahəsində fövqəladə vəziyyət barədə də söhbət getmir.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












