Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar yekunlaşıb - FOTO

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında keçirilən seminarlar yekunlaşıb. Avtosfer.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli tərəfindən dünya jurnalistikasının keçdiyi əsas tarixi mərhələlər, Azərbaycanda milli mətbuatın yaranması və inkişaf prosesi, müasir media mühitində maarifçilik funksiyasının rolu, eləcə də media etikasının aktual çağırışları ətrafında geniş təqdimatlar və praktiki müzakirələr aparılıb.
Qeyd olunub ki, jurnalistika sahəsi qədim dövrlərdən başlayaraq mütərəqqi inkişaf yolu keçir və hər dövrün özünəməxsus xüsusiyyətləri olur. Müasir dövrdə isə əvvəlkindən daha mürəkkəb mühitdə fəaliyyət göstərərək məlumat bolluğu və dezinformasiya ilə mübarizə kimi çağırışlarla üzləşir. Bu baxımdan seminar müasir və keçmiş jurnalistikanın tələblərini müqayisə etməklə yeni yanaşmaları dəyərləndirmək üçün böyük önəm dayışır.
İnteraktiv formatda təşkil olunan seminar zamanı real media nümunələri üzərində təhlillər və fikir mübadiləsi aparılıb.




İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












