Metro çıxışlarında qanunsuz parklanmaya qarşı mübarizə aparılır - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) metrostansiyaların çıxışlarında qanunsuz parklanmaya qarşı ciddi mübarizə tədbirlərinə start verib. BNA-nın metro çıxışlarında qanunsuz parklanmaya qarşı tədbirləri dayanacaqlarda avtobusların rahat hərəkətinə imkan yaradıb. Avtosfer.az xəbər verir ki, BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, metronun "Gənclik", "20 Yanvar", "Neftçilər" stansiyaları çıxışlarının ətrafı, eləcə də Moskva prospektində (Şamaxinka adlanan ərazi - Sumqayıt istiqamətində) avtobus dayanacaq məntəqələrində qanunsuz parklanmaya qarşı tədbirlər davam edir: "Bunun nəticəsidir ki, qeyd edilən dayanacaq məntəqələrində iş günü səhər və axşam pik saatlarda nəqliyyat vasitələrinin normal axını müşahidə edilir. Müntəzəm marşrut avtobuslarının dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışı təmin edilib".
Qeyd edək ki, BNA-nın qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri sərnişinlər tərəfindən də rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə metrostansiyaların çıxışlarının qanunsuz parklanma zamanı və hazırkı vəziyyətini əks etdirən müqayisəli görüntülər paylaşılıb.


Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












