Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO

Metro qatarlarının vaqonlarında quraşdırılan yeni yanğınsöndürənlərlə bağlı narazılıq səsləndirilib. Bu barədə memar Elçin Əliyev sosial şəbəkədə paylaşım edib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, son bir il ərzində metronun demək olar ki, bütün vaqonlarında Rusiyadan gətirilmiş yeni yanğınsöndürənlər quraşdırılıb. Lakin diqqət çəkən əsas məqam onların üzərində istifadə qaydalarının yalnız rus dilində təqdim olunmasıdır.

Memar bildirib ki, fövqəladə vəziyyət zamanı bu cür avadanlıqlardan düzgün istifadə üçün təlimatın aydın və hər kəs üçün başa düşülən dildə olması vacibdir. Onun fikrincə, gənclərin əhəmiyyətli hissəsi rus dilini kifayət qədər bilmədiyi üçün fövqəladə anlarda vaxt itkisi yarana və bu da əlavə risklərə səbəb ola bilər.
Elçin Əliyev həmçinin sual edib ki, bu avadanlıqlar Fövqəladə Hallar Nazirliyi tərəfindən necə qəbul edilib və sertifikatlaşdırılıb. O, məsul qurumları məsələyə daha həssas yanaşmağa çağırıb.
"Bakı Metropoliteni" QSC-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildiririk ki, vaqonlarda quraşdırılmış odsöndürənlər adi odsöndürənlərdən fərqli olaraq yüksək söndürmə xüsusiyyətlərinə və xüsusilə çətin şəraitdə istifadəyə yararlı korpus dizaynına malikdir. Bundan əlavə, həmin balonlar yanğının aşkarlanması, avtomatik qarşısının alınması və söndürülməsi sisteminin tərkib hissəsidir, həmin sistemə qoşuludur və daim maşinist tərəfindən nəzarət olunur. Sistem qatarda istehsalçı tərəfindən quraşdırılır və təkrar doluma qədər xidmət müddəti 10 ildir.
Hazırda avadanlığın üzərində istifadə qaydası sxematik olaraq göstərilib, həmçinin müvafiq məlumatların Azərbaycan dilində yerləşdirilməsi istiqamətində tədbirlər görülür.
Eltac Zülfüqaroğlu
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












