Metro tarixində ilk dəfə dayanıqlılıq hesabatı hazırlanıb

İnnovativ yanaşmaların tətbiqi ilə davamlı inkişaf yolunda mühüm addımlar atan Bakı Metropoliteni 2024-cü ili əhatə edən ilk “Dayanıqlılıq Hesabatı”nı hazırlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, Qlobal Hesabat Təşəbbüsü (GRI) standartlarına uyğun tərtib olunan Hesabat müəssisənin dayanıqlı gələcəyə yönəlmiş fəaliyyətini əhatə etməklə yanaşı, şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyini nümayiş etdirir.
"Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, xidmət keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə (ESG) sahələrində görülən işlər öz əksini tapıb.
Şəhər nəqliyyatında dayanıqlılığın artırılması istiqamətində ardıcıl addımlar atan Bakı Metropoliteni sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsini və təhlükəsiz hərəkətin təminini əsas prioritet kimi müəyyənləşdirib. 2024-cü ildə Bakı metrosu 230 milyona yaxın sərnişinə xidmət göstərib.
Qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək metropoliten şəbəkəsinin genişləndirilməsi, xətlərin uzadılması və 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu addımlar paytaxtın ictimai nəqliyyat sisteminin daha səmərəli və dayanıqlı inkişafına xidmət edəcək.
Rəqəmsal transformasiya sahəsində əldə olunan nailiyyətlər çərçivəsində metropolitenin bütün stansiyalarında QR bilet əsaslı ödəniş sisteminin tətbiqi sərnişinlərin səfər prosesinin daha sürətli və rahat təşkilinə imkan yaradıb. Bu, xidmətlərin əlçatanlığının və istifadəçi yönümlülüyünün artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ətraf mühitə məsuliyyətli yanaşma və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində də mühüm irəliləyişlər əldə olunub. Stansiyalarda müasir və qənaətli LED işıqlandırma sistemlərinin tətbiqi enerji istehlakının optimallaşdırılmasına və ekoloji həssaslığın gücləndirilməsinə töhfə verib.
GRI standartlarına uyğun sistemli hesabat çərçivəsinin qurulması Bakı Metropoliteni üçün mühüm institusional mərhələ olmaqla yanaşı, məlumatların toplanması və idarə olunması mexanizmlərinin təhlilinə imkan yaradıb, inkişaf potensialı olan sahələrin müəyyənləşdirilməsinə şərait formalaşdırıb.
Bildiririk ki, hazırlanmış "Dayanıqlılıq Hesabatı" və əldə edilən nəticələr gələcək illərdə bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi üçün etibarlı əsas rolunu oynayacaq və paytaxtın ictimai nəqliyyat sistemi üçün daha dayanıqlı, inklüziv və davamlı gələcəyə töhfə vermək məqsədinə xidmət edəcək.
https://metro.gov.az/az/document/9343 ", - məlumatda qeyd olunub.
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ










