Metroda dözülməz sıxlıq: Problemi necə aradan qaldırmaq olar?

Xəbər verdiyimiz kimi, bu il Bakı metrosuna 20 yeni nəsil vaqonun gətirilməsi planlaşdırılır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar ilə bağlı keçirilən brifinqdə bildirib.
Nazir müavini qeyd edib ki, son illərdə Bakıda 7 metro stansiya və 1 depo inşa edilərək istifadəyə verilib:
“Bakıya 150 yeni nəsil vaqon gətirilərək istismara verilib.
Nəticədə metroda istifadə olunan vaqonların yarısı artıq yeni nəsil vaqonlardır. Dəmir yolu sahəsində də mühüm işlər görülüb. İnşa edilən və modernizasiya olunan dəmir yolu xətlərinin ümumi uzunluğu 1 500 kilometri keçib”.
Maraqlıdır, gətiriləcək 20 yeni vaqon, Bakı metrosunda sərnişin sıxlığı ilə bağlı problemi aradan qaldırcaq?
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakı metrosunun problemi 20 vaqonla həll olunan deyil:

“Gətiriləcək 20 yeni vaqona ümid bəsləmək sadəlövhlük olardı. Bakı metrosunun probleminin həll olunması üçün metro inkişaf etməli, şaxələnməli və müxtəlif istiqamətlərdə yeni stansiyalar tikilməlidir. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıqlarını verib və artıq yeri də müəyyənləşdirilib. Yaxın vaxtlarda həmin stansiyaların tikintisinə başlanılacaq.
Bunun tıxac problemində müəyyən təsirləri ola bilər. Amma ümumilikdə bununla metronun bütün problemləri həll olunacaq demək bir az düzgün səslənmir. Ümid edirəm ki, bunu insanlarımız normal qarşılayacaq”.
Onun sözlərinə görə, 20 ədəd yeni nəsil vaqon gətirilməsi ilə problemin aradan qaldırılması praktiki olaraq da mümkün deyil:
“Ümumilikdə bu inkişaf olmalıdır və müəyyən prosedurlar keçirilməlidir. Ən çox da yeni qatarların və yeni vaqonların alınması, metro stansiyalarının sayının artırılması, metronun digər ictimai nəqliyyat növləri ilə əlaqələrinin təmin edilməsidir və s.
önəmli olan məsələlərdir. Bu zaman biz metroda böyük inkişafdan danışa bilərik”.
(cebhe.info)
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT
Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? - AÇIQLAMA
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"










