"Metroda havalandırma sistemi Sovet dövründən qalıb" - Ekspert

Metroda xüsusilə axşam saatlarında sıxlıq nəticəsində havasızlıq yaranır.
Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, dövlət metroya böyük bir dəstək göstərməlidir. Metroda havasızlıq insanları ictimai nəqliyyatdan uzaqlaşdırır:
"Havalandırma sistemi Sovet dövründən qalıb. Metroda təkmilləşdirmə işi zəif gedir. Ona görə də bu cür vəziyyət müşahidə edilir. Hesab edirəm ki, dövlət metroya böyük bir dəstək göstərməlidir. Metronun özünü inkişaf etdirməsi üçün müəyyən imkanlar yaradılmalıdır ki, metro müxtəlif şəbəkələr vasitəsilə vəsait əldə edə bilsin və yeri gələndə öz inkişafına da o puldan xərcləyə bilsin.Havalandırma sistemi çox vacibdir. Bu gün belə problemlər çıxırsa, gələcəkdə bu mövzular qapanacaq. Çünki heç kim maraq göstərməyəcək. Avtobusdakı sıxlıq, köhnə avtobusların xətdə olması, metroda havasızlıq məsələləri insanları ictimai nəqliyyatdan uzaqlaşdırır. Bu məsələlərə dövlət səviyyəsində xüsusi diqqət göstərilməlidir".
(big.az)
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












