Metroda informasiya sistemi kəsildi - NƏ BAŞ VERİR?

Bu gün saat 18:00 radələrində metronun “Dərnəgül–Həzi Aslanov” istiqamətində hərəkət edən qatarında stansiya məlumatlarının göstərilməməsi sərnişinlər arasında narahatlıq yaradıb. Əvvəlcə, elektron lövhədə məlumatın yenilənməməsi və daha sonra səsli anonsların da verilməməsi səbəbindən bir çox sərnişin hansı stansiyada olduqlarını müəyyən etməkdə çətinlik çəkdiklərini bildirib. Avtosfer.az xəbər verir ki, bu hal xüsusilə sıxlıq zamanı daha çox diqqət çəkib və şikayətlərə səbəb olub.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov “Axar.az”a açıqlamasında bildirib ki, qatarın informasiya-məlumat sisteminin kəsilməsi müşahidə olunub:
“Bu, qatarların texniki cəhətdən hərəkətinə hər hansı maneə və ya problem yaratmır. Maşinistə məlumat daxil olan kimi işlək vəziyyətə gətirilməsi təmin olunur. Kəsinti bloklanma xarakterli olursa, sonuncu stansiyada qatarın əks istiqamətdə hərəkətə keçirildiyi müddətdə proqram təminatının yenidən qoşulması ilə informasiya sisteminin işi bərpa olunur”.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












