Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA

İyunun 1-dən etibarən Bakı şəhərində fəaliyyət göstərən avtobuslarda kondisioner sistemləri istifadəyə verilsə də, metro sərnişinləri havalandırma və soyutma ilə bağlı problemlərin hələ də tam həll olunmadığını bildirib.
Avtosfer.az-ın sosial şəbəkə hesabına daxil olan müraciətlərin birində sərnişin metro qatarlarında kondisionerlərin fəaliyyəti ilə bağlı narazılıqlarını ifadə edib.
Sərnişinin sözlərinə görə, bəzi qatarlarda soyutma sistemi hiss olunmur, bəzi hallarda isə kondisionerlərin bir neçə stansiya ərzində işləmədiyi müşahidə edilir. Bu da xüsusilə isti havalarda narahatlığa səbəb olur.
Məsələ ilə bağlı “Bakı Metropoliteni”nin QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Avtosfer.az-a bildirib ki, kondisionerlərin qəsdən söndürülməsi ilə bağlı iddialar doğru deyil:

“Belə bir praktika metroda mövcud deyil. Ola bilər ki, xəttə işləyən qatarda hər hansı texniki nasazlıq və ya sistem xətası yaransın. Belə hallarda problem operativ şəkildə aradan qaldırılır. Qatar depodan və ya gecələdiyi dayanacaq məntəqəsindən xəttə çıxarkən mikroiqlimə nəzarət sistemi artıq işlək vəziyyətdə olur. Burada söhbət yalnız havanın soyudulmasından getmir, bütövlükdə sərnişin salonunda mikroiqlimin tənzimlənməsindən gedir. Əgər sərnişinlər belə bir halla qarşılaşıblarsa, konkret məlumatları bizə təqdim edə bilərlər. Lakin "bir neçə stansiyadan sonra kondisioner işə salındı" kimi iddialar texniki baxımdan mümkün deyil. Qatar stansiyada dayandıqda qapılar açılır və çöldəki isti hava salonun içinə daxil olur. Bu səbəbdən sərnişinlər qısa müddətli diskomfort hiss edə bilərlər. Lakin qatar hərəkətə başladıqdan sonra soyutma sistemi temperatur rejiminə uyğun şəkildə avtomatik işləyir və salonun temperaturunu normallaşdırır. Metro qatarlarında mikroiqlimə nəzarət sistemi avtomatik idarə olunur və temperaturu özü tənzimləyir. Buna görə də kondisionerin bir neçə stansiya sonra sürücü tərəfindən əl ilə qoşulması mümkün deyil".

Bəxtiyar Məmmədov qeyd edib ki, yerüstü nəqliyyat vasitələri ilə müqayisə də tam doğru deyil:
“Maşinist qatarın hərəkətinə, tunelə və sərnişinlərin təhlükəsiz daşınmasına nəzarət edir. Kondisioner və mikroiqlim sistemlərinin işi isə avtomatik rejimdə həyata keçirilir. Qatarlarda kondisionerlərin qəsdən söndürülməsi mümkün deyil. Qatar xəttə çıxarkən mikroiqlimə nəzarət sistemi işlək vəziyyətdə olur və proses avtomatik şəkildə tənzimlənir.
Hərəkət zamanı sistem temperatur rejiminə uyğun olaraq avtomatik işləyir və salonun temperaturunu normallaşdırır. İki-üç stansiya keçdikdən sonra kondisionerin sürücü tərəfindən qoşulması texniki baxımdan mümkün deyil. Hər hansı texniki nasazlıq yaranarsa, problem operativ qaydada aradan qaldırılır. Sərnişinlərdən isə belə hallarla qarşılaşdıqları təqdirdə konkret məlumatları metropolitenə təqdim etmələri xahiş olunur.
Fatimə Dadaşova
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO










