Metroda məsafəyə uyğun olaraq 20, 30 və ya 40 qəpik ödəyəcəyik - AÇIQLAMA

"Bakı Metropoliteni" gələcəkdə məsafəyə görə differensial ödəniş sisteminin tətbiq oluna biləcəyi barədə açıqlama verib.
Bəs metroda bu sistemin tətbiqi real olaraq mümkündürmü? Bu sistemin tətbiqindən sonra qiymətlər necə müəyyənləşdirilə bilər?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Redaktor.az-ın sualına cavab olaraq nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, differensial qiymət siyasəti artıq dəmir yollarında tətbiq olunur:

""Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu modeli Azərbaycanda ilk dəfə reallaşdıran qurum kimi tarixə düşüb. Buradan irəli gələrək digər qurumlarda da bu yanaşmanın müzakirə olunduğunu görmək mümkündür. Əgər bu gün metroda tətbiqi nəzərdə tutulursa, müəyyən müddət sonra bunun ictimai nəqliyyatın digər növü, avtobuslarda da həyata keçirilməsi real görünür. Prinsip etibarilə bu, ədalətli yanaşmadır. Çünki iki dayanacaq yol gedib 60 qəpik ödəyənlə, 12 dayanacaq qət edib eyni məbləği ödəyən arasında fərq yaranır. Özünüz düşünün: bu, ədalətlidirmi? Daha çox məsafə qət edənlə az gedən eyni qiymət ödəyir".
Ekspert qeyd etdi ki, müəyyən metrolarda hallarda bahalaşma baş verə bilər, amma müəyyən həddi aşmamaq şərtilə:
"Məsələn, indiki 60 qəpiklik yol 12 dayanacaqdan istifadə edən biri üçün təxminən 80 qəpiyə başa gələ bilər. Bundan yuxarı olmamalıdır. Ən pis halda maksimum bir manat ola bilər. Digər tərəfdən, iki-üç dayanacaq gedən artıq 60 qəpik ödəməyəcək. O, məsafəyə uyğun olaraq 20, 30 və ya 40 qəpik ödəyəcək. Yəni balans bu şəkildə formalaşacaq və nəticədə differensial ödəniş mexanizmi burada da işləyə bilər. Bu, texniki baxımdan da həll olunması mümkün olan bir məsələdir. Dediyim kimi, "Azərbaycan Dəmir Yolları" artıq bunu tətbiq edib və AZCON Holdinqə tabe olan qurumlardan biridir. Metro da həmin holdinqin tərkibindədir. Digər qurumlar, o cümlədən Azərbaycan Yeriüstü Nəqliyyat Agentliyi də oraya tabedir. Ona görə də AZCON-un tabeliyində olan bir qurum bunu edə bilirsə, məncə, digərləri də həyata keçirə bilər".
Müsahibimizin sözlərinə görə, differensial ödənişə yanaşma elə olmalıdır ki, insanlar bunu normal qəbul edə bilsinlər.
"Uzaq məsafə qət edən şəxsin daha çox ödəməsi cəmiyyətə kəskin qiymət artımı kimi təqdim olunmamalıdır. Bu, differensial yanaşma kimi izah edilməlidir. Əgər min nəfərin büdcəsinə 10–20 qəpik artımla təsir göstərilirsə, əvəzində 10 min nəfər daha az ödəniş edirsə, bunu sübut edə bildikləri halda bu model yaxşı yanaşma sayılır".
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ












