Metroda nasazlıq yarananda sərnişinlərin təhlükəsizliyi necə qorunmalıdır? – AÇIQLAMA

Metro qatarlarında baş verən texniki nasazlıqlar və bu zaman sərnişinlərin təhlükəsizliyinin necə təmin olunması yenidən gündəmə gəlib. Qatarın tuneldə qalması sərnişinlər üçün narahatlıq yaratsa da, belə hallarda həm nasazlığın operativ aradan qaldırılması, həm də insanların düzgün təxliyəsi xüsusi əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər metro qatarlarının texniki baxışlarının müntəzəm aparılmasının və fövqəladə hallara hazırlığın vacibliyini vurğulayırlar.
Bəs belə nasazlıqların əsas səbəbləri nələrdir və onların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, belə fors-major vəziyyətlərdə sərnişinlərin sakitliyini qoruması və metropoliten əməkdaşlarının göstərişlərinə əməl etməsi vacibdir:

"Belə hallarda sərnişinlər həm metropoliten, həm də polis əməkdaşlarının göstərişlərinə mütləq əməl etməlidirlər. Qatarın qapılarını sərnişinlərin özbaşına açması qəti qadağandır. Eyni zamanda, göstəriş olmadan tunelə çıxmaq da təhlükəlidir və qadağandır. Lazım gəldikdə sərnişinlərin digər qatara keçirilməsi və ya təxliyəsi xüsusi qaydalar əsasında həyata keçirilir.
Burada əsas məsələ sərnişinlərə baş verən hadisə və görülən tədbirlər barədə vaxtında məlumat verilməsidir. Bu, həm təhlükəsizliyin, həm də sərnişinlərin rahatlığının təmin olunmasına kömək edir.
Son dövrlərdə metropolitendə bununla bağlı xeyli maarifləndirmə işləri aparılıb və faktiki olaraq hazırlıqlar da görülüb. Texniki nasazlıqların müxtəlif səbəbləri ola bilər. Burada əsas məqsəd belə halların mümkün qədər tez aşkarlanması və operativ şəkildə aradan qaldırılmasıdır”.
Ekspert əlavə edib ki, ötən dəfə metroda problem yaranan zaman da bunun şahidi olduq:
“Metropoliten əməkdaşları dərhal operativ müdaxilə etdilər və nasazlıq yaranan qatar depoya göndərildi. Metroda müntəzəm texniki baxışların keçirilməsi, elektron sistemlərin diaqnostikası və qatarların reysdən əvvəl yoxlanılması həyata keçirilir. Bunların hamısı vacib amillərdir.
Eyni zamanda, məndə olan məlumata görə, ehtiyat qatarlar da saxlanılır ki, belə fövqəladə və gözlənilməz hallar zamanı həmin qatarlar işə salına bilsin".
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












