Metroda pik saatlarda “Bakmil”ə gedən qatarlar sıxlığı daha da artırır - AÇIQLAMA

Bakı Metropolitenində sərnişin sıxlığının ən yüksək olduğu vaxtlarda sərnişinlər üçün narahatedici bir mənzərə ilə tez-tez rastlaşırıq. Belə ki, Bakı Metropolitenində sərnişin sıxlığının pik olduğu saatlarda qatarların bir hissəsinin "Bakmil” stansiyası istiqamətinə yönləndirildiyi müşahidə olunur.
Nəticədə isə əsas marşrutlarda qatarlar daha gec-gec gəlir, perronlarda insan sayı artır, vaqonlar həddindən artıq dolur. Onsuz da sıx olan vaxtlarda intervalın uzanması vəziyyəti daha da çətinləşdirir.
Belə olan halda ortaya sual çıxır ki, sərnişin sıxlığının nisbətən az olduğu vaxtlarda "Bakmil” istiqamətinə qatarların göndərilməsi mümkün deyilmi?
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bakı Metropolitenində qatarların hərəkət qrafiki sərnişin axınının intensivliyi və texniki imkanlar nəzərə alınmaqla tərtib olunur:
"Bakı Metropolitenində qatarların hərəkət qrafiki sərnişin axınının intensivliyi və texniki imkanlar nəzərə alınmaqla tərtib olunur. İlk növbədə qeyd etmək lazımdır ki, "Bakmil" stansiyası metropolitenin infrastrukturunda xüsusi yer tutur. Bu stansiya həm ətrafdakı müəssisələrin, həm də təhsil ocaqlarının əməkdaşları və tələbələri üçün vacib nəqliyyat qovşağıdır. Stansiya ətrafında çalışan və təhsil alan vətəndaşın nəqliyyat ehtiyaclarını qarşılamaq metropolitenin vəzifəsidir”.
Qurumdan bildirilib ki, pik saatlarda əsas xətlərdə sıxlığı azaltmaq məqsədilə "Bakmil" istiqamətinə göndərilən qatarların sayı minimum həddə saxlanılır:
"Pik saatlarda əsas xətlərdə sıxlığı azaltmaq məqsədilə "Bakmil" istiqamətinə göndərilən qatarların sayı minimum həddə saxlanılır. Bu həm həmin ərazidəki sərnişinlərin daşınmasını təmin edir, həm də əsas xətlərdəki intervala təsiri mümkün qədər azaldır”./azxeber.com
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












