Metroda qatarlar bu səbəbdən DAYANDIRILIR

“Müəyyən stansiyada qatarın dayanıb sərnişinlərin endirilməsi uzun illərdir qəbul olunmuş adi praktikadır. Bu, yalnız nəqliyyatın normal fəaliyyəti üçün deyil, həm də sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədini daşıyan texniki qaydadır”.
Avtosfer.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O, bildirib ki, qaydalar hər bir sərnişinin təhlükəsiz şəkildə qatara minməsi və düşməsini təmin edir, həmçinin vaqonların hərəkəti zamanı mümkün riskləri minimuma endirir:
“Bu praktikaya əməl olunması həm sərnişinlərin, həm də dəmiryolu əməkdaşlarının təhlükəsizliyi üçün vacibdir. Müntəzəm olaraq tətbiq olunan bu prosedurlar dəmiryolu xidmətlərinin etibarlılığını artırır və qatarların cədvəllərə uyğun hərəkətini təmin edir. Beləliklə, sərnişinlər həm rahat, həm də təhlükəsiz səyahət edə bilirlər”.
Qeyd edək ki, ötən gün metroda qatarın nasazlığı səbəbindən sərnişinlər vaqondan endirilib və qatar texniki baxış üçün depoya göndərilib.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












