Metroda yeni qatar tuneldə qaldı, qapılar açılmadı

Bakı metrosunda qatarda problem yaranıb. Avtosfer.az Trend-ə istinadən bildirir ki, hadisə səhər saatlarında metronun "Koroğlu" stansiyasından "Ulduz" stansiyası istiqamətində hərəkət edən yeni qatarda baş verib.
Qatar "Koroğlu" stansiyasından "Ulduz" stansiyasına hərəkət edərkən tuneldə dayanıb. Bir neçə dəqiqədən sonra hərəkət edən qatar "Nərimanov" stansiyasında yenidən dayanıb. Nəticədə vaqonların birində olan sərnişin qadın özünü pis hiss edib. Stansiyaya təcili tibbi yardım briqadası çağırılaraq qadına yardım göstərilib.
Faktı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.
O bildirib ki, hadisə qatarın qapılarına sərnişin müdaxiləsi nəticəsində baş verib: "Yeni qatarların qapılarını saxlamaq olmaz. Pik saatlar olduğundan sərnişinlər vaqonlardan birinin qapısının bağlanmasına mane olub və nəticədə sistemdə proqram silinib. Proqramın bərpası isə təxminən 2-3 dəqiqə çəkdiyi üçün ümumi xətt intervalında gecikmələr yaranıb.
Hazırda problem həllini tapıb və qatarların intervalı nizamlanır".
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












