Metronun "28 May" stansiyasındakı dəyişiklik barədə AÇIQLAMA - VİDEO

Metronun "28 May" stansiyasında sərnişinlər üçün nəzərdə tutulan oturacaqlar sökülüb.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bu addım sərnişin sıxlığı və hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə atılıb:
"28 May" stansiyası sərnişin sıxlığı ilə seçilən stansiyalardan biridir. Bu səbəbdən görülən işlər sərnişinlərin maraqlarına xidmət edir. "28 May"da sərnişinlərin hərəkət təhlükəsizliyini və qatara minib-düşmə rahatlığını təmin etmək məqsədilə platformanın sərnişin axını xüsusi intensiv olan stansiya yolu sahəsində oturacaqlar ləğv edilib. Lakin sərnişinlər stansiyanın orta zalında əyləşə bilərlər".
O, həmçinin vurğulayıb ki, xüsusilə son aylarda "Bakı Metropoliteni"ndə intervallara nəzarət yüksək səviyyədədir:
"Son 6 ay ərzində yalnız bu ay bir dəfə iki qatar arasında interval fərqli olub. Bu da qatarın nasaz vəziyyətdə xətdən çıxarılması ilə bağlı baş verib. Problem ən qısa müddətdə aradan qaldırılıb".
Ətraflı Baku TV-nin süjetində:
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












