Metropoliten sədrindən sərnişinlərə ÇAĞIRIŞ - “Bir xahişim var ...”

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov sərnişinləri platformalarda daha nizamlı davranmağa çağırıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində danışıb.
“Bir xahişim var: sərnişinlərimiz platformada bərabər paylanmaya diqqət etsinlər. Bu, digər sərnişinlərə narahatlıq yaradır. Mən özüm tez-tez metroya minirəm - həm ən sürətli nəqliyyat vasitəsi olduğu üçün, həm də sərnişin vərdişlərini bilavasitə müşahidə etmək üçün. “28 May” stansiyasında, xüsusən tağa yaxın hissədə sıxlıq ola-ola birinci vaqon boş qalır. Əməkdaşlarımız mütəmadi olaraq məlumat verirlər; xahiş edirəm həmin göstərişlərə əməl etsinlər. Bir xahişim də var: qapı açılanda, əvvəlcə düşənlərə yol verin, sonra minin. Eyni vaxtda hər iki istiqamətdə hərəkət etmək nəinki çətinlik yaradır, hər saniyə uzanmış dayanma müddəti bütün hərəkət qrafikinə təsir edir. Sərnişinlərimizin bu kiçik dəyişiklikləri etməsi bizim xidmət keyfiyyətimizi birbaşa təsir edən məsələdir”.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












