“Mingəçevir sakininin polis tərəfindən döyülməsi barədə məlumatların əsası yoxdur”

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhər sakininin polis tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Avtosfer.az-a bildirib ki, Mingəçevir şəhər sakini Firuzə Mehralıyevanın oğlu Əbdüləzim Quliyevin polis tərəfindən əsassız olaraq tutulması və guya döyülməsi barədə sosial şəbəkələrdə səsləndirdiyi iddialar həqiqətdən uzaqdır və böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdur: "Əslində anasının iddialarının əksinə olaraq qabaqcadan əldə olunmuş əməliyyat məlumatı əsasında Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari il martın 31-də günorta saatlarında keçirilmiş tədbir nəticəsində 24 yaşlı Ə.Quliyev narkotik vasitə olan qurudulmuş marixuananı əvvəllər tanıdığı M.Mustafayevə satdığına görə saxlanılıb. Hər iki şəxs Şəhər Polis Şöbəsinə gətirildikdən sonra hal şahidlərinin iştirakı ilə onların üzərlərinə baxış keçirilmiş, nəticədə pul və narkotik vasitə maddi sübut kimi götürülmüş, Ə.Quliyev və M.Mustafayev törətdikləri əməlləri etiraf ediblər. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə cinayət işi başlanılıb. Əbdüləzim Quliyev həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra iş üzrə istintaq hərəkətləri aparılmış, cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib. Hazırda məhkəmədə cinayət işinə baxılır".
O.Mansurzadə qeyd edib ki, eyni mövzu barəsində ana və oğlunun ən müxtəlif instansiyalara ünvanladıqları şikayətlərə həm prokurorluqda, həm də DİN-in aidiyyatı xidməti tərəfindən baxılıb, Ə.Quliyevin guya əsassız saxlanılması və digər bu kimi iddialar adları çəkilən qurumların müvafiq araqşdırmaları zamanı öz təsdiqini tapmayıb.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










