Mingəçevirdə 1 əsrə yaxın yaşı olan ağac aşıb, yol bağlanıb - VİDEO

Mingəçevir şəhərində 1 əsrə yaxın yaşı olan ağac aşıb. Nəticədə evlərə gediş-gəliş yolunu bağlayıb.
Dünən gecə olan külək fəsadsız ötüşməyib.
Nəhəng ağac Mingəçevirdə köhnə turist bazasının giriş qapsının yaxınlığına aşıb. Nəticədə 50-dən artıq məcburi köçkün ailəsinin məskunlaşdığı əraziyə giriş-çıxış bağlanıb.
İrigövdəli qovaq ağacının aşması nəticəsində xəsarət alan olmayıb. Sakinlər bildirib ki, hadisə baş verən ərazidə avtomobil olsa da ciddi zərər görməyib.
Küləyin təsirindən gecə saatlarında aşan irigövdəli ağacı ərazidən götürmək mümkün olmadığından adiyyatı qurumlar texnikalar vasitəsi ilə əraziyə avtomobillərin gediş-gəlişi üçün alternativ yol açıblar. Bununla da köhnə turist bazasına giriş-çıxış bərpa edilib.
Bir əsrə yaxın yaşı olduğu deyilən qovaq ağacı yaxınlıqda olan şam ağaclarından bir neçəsini də zədəliyib. Adiyyatı qurumlar tərəfindən kökündən qopan ağac ərazidən götürülüb.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










