Mingəçevirdə mənzillərdən silsilə oğurluq edən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakini Rafiq İsmayılov Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi ilə bağlı məlumat verib.
Mingəçevir ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Anar Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.
Ətrafında aparılan araşdırmalar nəticəsində A.Həsənovun digər cinayət əməllərində də əlinin olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün öncə daha 3 vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oğurluq etdiyi məlum olub. Oğurlanan əşyaların müəyyən bir qismi maddi sübut kimi götürülüb.
Faktlarla bağlı olaraq Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












