Mingəçevirli usta filmdə gördüyü maşını necə reallığa çevirdi - VİDEO

Mingəçevirdə avtomobil və motosiklet ustaları olan 25 yaşlı Vladimir Kalidin və kiçik qardaşı Denis filmdə gördükləri kvadrosikli öz əlləri ilə düzəldiblər. Avtosfer.az xəbər verir ki, Vladimir sputnik-ə bildirib ki, qardaşlar birlikdə kvadrosikli 3 aya ərsəyə gətiriblər. Bəzi detallar “VAZ” avtomobilindən götürülüb, bəzilərini isə qardaşlar özləri kvadrosiklə uyğunlaşdırıblar. Mühərrik motosikletdən götürülüb, amma gücü daha da artırılıb. Kvadrosikli almaq istəyənlər də az deyil. “Kvadrosiklə sənəd aldıqdan sonra artıq sata bilərəm. Gələcəkdə daha fərqli görünüşlü nəqliyyat vasitələri hazırlamağı planlaşdırıram”, - deyə Vladimir bildirib. Mingəçevirdə avtomobillər arasında şütüyən minik vasitəsinə maraq böyükdür. Əksər avtomobillərin keçə bilmədiyi yollardan asanlıqla keçən kvadrosikl saatda 90-100 km sürət yığa bilir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











