Mixael Şumaxerin səhhətində irəliləyiş var

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhətində irəliləyiş var. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt “Daily Mail”a bildirib. O, 50 yaşlı veteran pilotla birgə “Formula 1” yarışı izlədiyini söyləyib: “Bu cür bəyanatlarda hər zaman çox ehtiyatlıyam. Ancaq bu doğrudur, Şumaxerlə birgə onun İsveçrədəki evində yarışa baxdıq. Mixael etibarlı əllərdədir. O, təslim olmur və mübarizəsini davam etdirir. Şumaxerin bərpə prosesində irəliləyiş var”.
Qeyd edək ki, M.Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












