Mobil operatorların internet sürəti aşağı düşüb, narazılıq artıb – MÜTƏXƏSSİS

Azərbaycanda internet sürəti və mobil operatorlarla bağlı şikayətlər son dövrlər daha da artıb. Avtosfer.az xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə istifadəçilər mobil internetin zəif işləməsi, bağlantının tez-tez kəsilməsi və bəzi ərazilərdə şəbəkə probleminin yaşanması ilə bağlı narazılıqlarını ifadə edirlər.
İT (informasiya texnologiyaları) üzrə mütəxəssis Fərid Kazımov Avtosfer.az-a açıqlamasında bildirib ki, beynəlxalq “Speedtest” araşdırmalarına əsasən Azərbaycan mobil internet sürətinə görə dünyada ilk əllilikdə yer alır. Sabit internet üzrə göstəricilər isə daha aşağıdır. Son illərdə Azərbaycanda internet sürəti müəyyən qədər yaxşılaşsa da, hələ də bir sıra problemlər qalmaqdadır:

“Əgər sabit internetdən danışırıqsa, burada əsas problemlərdən biri bəzi hallarda rəqabətli mühitin tam formalaşmamasıdır. Azərbaycanda internet artıq demək olar ki, bütün ölkəni əhatə edir. Regionlarda əsas fəaliyyət göstərən qurumlardan biri dövlətə məxsus operatorlardır. Bakıda isə müxtəlif provayderlər xidmət göstərir. Lakin bəzi yeni yaşayış komplekslərində yalnız bir provayderin fəaliyyət göstərməsinə şərait yaradılır. Bu da müəyyən mənada monopol vəziyyət yaradır və digər provayderlərin həmin əraziyə daxil olması çətinləşir”.
Ekspertin sözlərinə görə, kiçik internet provayderlərinin texniki imkanları zəif olduğundan yüksək sürətli internet xidməti təqdim etməkdə çətinlik yaranır.
“Bəzi provayderlərin avadanlıqları zəifdir. Onlar tariflərdə 100 Mbit/s sürət göstərsələr də, texniki imkanlar həmin sürəti tam təmin etməyə imkan vermir. Halbuki Azərbaycanda qüvvədə olan qaydalara əsasən, istifadəçiyə vəd edilən sürətin minimum 70 faizi təmin olunmalıdır. İri provayderlər daha böyük investisiya imkanlarına malik olduqları üçün daha keyfiyyətli xidmət göstərə bilirlər. Mən özüm istifadə etdiyim internetdə müqavilə üzrə 100 Mbit/s sürət alsam da, bəzi hallarda daha yüksək sürət müşahidə olunur. Bu isə əsasən iri provayderlərin güclü texniki bazaya sahib olması ilə bağlıdır. Mobil internetin keyfiyyəti birbaşa olaraq antenaların sayından və şəbəkənin gücündən asılıdır. Antenaların sayı çox olduqda istifadəçilər daha güclü siqnal əldə edə bilir. Regionlarda isə bəzi hallarda texniki imkanlar zəif olur. Eyni anda çox sayda istifadəçinin bir antenaya qoşulması da internet sürətinin aşağı düşməsinə səbəb olur. Nəzarət mexanizmlərinin gücləndirilməsi və provayderlərin fəaliyyətinə daha ciddi nəzarət olunması gələcəkdə internet xidmətlərinin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək”.
Fatimə
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO











