Motosiklet və moped qəzalarının sayı artır - SƏBƏB NƏDİR? - VİDEO

Moped və motosikletlər şəhər yollarında çevik nəqliyyat vasitələri hesab olunsa da, sürət həddinin aşılması, təhlükəli manevrlər və yol hərəkəti qaydalarının pozulması səbəbindən ciddi qəza riski yaradır.
Avtosfer.az xəbər verir ki, 2025-ci ildə bu nəqliyyat vasitələrinin iştirakı ilə 43 qəza baş verib, 12 nəfər ölüb, 36 nəfər yaralanıb. 2026-cı ilin ilk üç ayında isə 17 qəza qeydə alınıb, 7 nəfər həyatını itirib, 13 nəfər xəsarət alıb.
Son olaraq Gəncədə moped idarə edən 21 yaşlı gəncin avtomobil tərəfindən vurulması məsələni yenidən gündəmə gətirib. Sürücülər moped və motosikletlərin avtomobillər arasında təhlükəli manevrlər etməsindən, ara məsafəsini gözləməməsindən şikayətlənirlər. İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri isə bəzi avtomobil sürücülərinin güzgülərdən istifadə etməməsini və diqqətsizliyini qəzalara səbəb kimi göstərirlər.
Ekspertlər hesab edirlər ki, qəzaların azaldılması üçün qanunvericilikdəki boşluqlar aradan qaldırılmalı, nəzarət gücləndirilməli və təkrar qayda pozanlara qarşı daha sərt tədbirlər görülməlidir. Xüsusilə çatdırılma şirkətləri sürücülərin yol hərəkəti qaydaları və təhlükəsizlik biliklərini yoxlamalı, maarifləndirmə işləri artırılmalıdır.
Ətraflı "ATV"-nin videomaterialında:
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO












