Motosikletin gurultusu kütləvi çaxnaşma yaradıb

ABŞ-ın Texas və Ohayo ştatlarında 30-dan çox insanın həlak olması ilə nəticələnən kütləvi gülləbarandan sonra ölkənin bir çox şəhərlərində insanlar paranoyya vəziyyətindədir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Nyu-Yorkun Tayms meydanında maraqlı insident baş verib. Meydandan keçən motosikletin gurultusu insanları qorxudub. Onlar düşünüblər ki, bu səslər qələbəlik yerdə baş verən növbəti kütləvi gülləbarandır. Kimsə "Atıcı!” deyərək qışqırıb. Nəticədə bütün meydanda çaxnaşma yaranıb və insanlar pərən-pərən düşüb. Polisin məlumatına görə, meydandakılar 7-ci avenyu və 41–ci qərb küçələri tərəfə üz tutublar. Onlardan biri yıxılaraq zədələnib. Nyu-Yorkun polis departamenti "Twitter”də yazaraq insidentin səbəblərini izah edib. Bildirilib ki, rayonun polis məntəqələrinə atıcı barədə məlumatlar verən çoxlu zənglər daxil olub. "Rica edirik, vahiməyə düşməyin. Tayms meydanı çox təhlükəsizdir”, - deyə polislər yazıblar.
Tayms meydanı ABŞ-ın ən ciddi mühafizə olunan rayonlarından biridir. Hətta adi günlərdə də burada çoxlu sayda zabit görmək olar.
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA











