Mübahisə etdiyi sərnişini kürəyindən bıçaqlayıb maşından atdı: Sonra da qarət edib qaçdı

Rusiyanın paytaxtı Moskva şəhərində sərnişini bıçaqlayıb qarət edən taksi sürücüsü saxlanılıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Testovski küçəsində baş verib.
Məlumata görə, taksi sürücüsü naməlum səbəblərdən sərnişinlə mübahisə edib, bir müddətdən sonra mübahisə davaya çevrilib. Qəzəbli sürücü yanında gəzdirdiyi bıçaqla şəxsin kürəyinə zərbə endirərək onu maşından yerə atıb və 2 min avrosunu götürərək oradan uzaqlaşıb.
Ətrafda olan insanlar dərhal səhiyyə briqadalarına zəng vurublar. Yaralı hadisə yerinə gələn “təcili tibbi yardım” briqadasının əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Bildirilir ki, zərərçəkmiş paytaxtda səhmdar cəmiyyətlərin birində baş direktorun müavini vəzifəsində çalışır.
Polisin apardığı əməliyyat-axtarış təbirləri nəticəsində hadisəni törədən sürücü yaxalanıb. Araşdırmalar aparılır.
Namiq Musayev
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO










