Mübariz İbrahimovun şəkli ilə sərhəddi vizasız ilk o, keçdi - VİDEO

Sentyabr ayının birindən etibarən Türkiyə vətəndaşları üçün Azərbaycana viza rejimi ləğv edilib. Artıq iki gündür ki ,ölkəmizə gələn türkiyə vətəndaşları yalnız xarici pasportları ilə sərhədi keçirlər.
Avtosfer.az xəzərxəbərə istinadən bildirir ki, vizasız rejimdən yararlanan ilk Türkiyə vətəndaşının isə jesti isə olduqca maraqlıdır. O öz avtomobilinə milli qəhrəman Mübariz İbrahimovun şəklini yapşıdırb.
Vizasız rejimin qüvvəyə minməsini gözlədi. Saat gecə 12 tamam olan kimi, sərhəddi keçdi. Özü də milli qəhrəman Mübariz İbrahimovun şəklini yapışdırdığı maşını ilə.
Azərbaycana vizasız gələn ilk Türkiyə vətəndaşı artıq dünəndən etibarən Bakıdadı.
Türkiyənin Qaziantep şəhərindən olan Yılmaz Dilsiz bir neçə ay öncə ailəsi ilə birlikdə Azərbaycana gəlməyi planlayıb.Viza rejiminin ləğvini eşidən Yılmaz Dilsiz sərhədi keçmək üçün avqustun 31-də gecə saat 12-ni gözləyib.
Yılmaz Dilsiz Azərbaycana gəlməzdən öncə avtomobilinə milli qəhrəmanımız Mübariz İbrahimovun şəklini vurdurmaq istəyib.Bunun üçün Türkiyədəki mətbəələrin birinə gedərək milli qəhrəmanımızn böyüdülmüş şəklini çap etdirmək isyətib.
Yılmaz Dilsiz deyir ki, bura gəlməzdən öncə bir çox ölkələrdə olub. Bakı isə onu xeyli təəccübləndirib.Yılmaz viza rejimin aradan qaldırılması ilə Türkiyədən gələnlərin sayının artıracağını deyir.
Qeyd edək ki, sentyabrın 1-dən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərara əsasən, Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları 30 günədək Azərbaycanda qala bilərlər.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










