Müəllim güllələnəndən sonra məktəblərin mühafizəsi gücləndirildi - Yeni detektorlar quraşdırılır

Bir neçə gün öncə “İdrak” liseyində baş verən hadisədən sonra məktəb və digər tədris müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsi yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, şagirdlərin və müəllim heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi məktəblərdə metal detektor avadanlıqlarının alınmasına və istifadəsinə başlanılıb. Metal detektorlarının tətbiqi isə mümkün risklərin vaxtında aşkarlanmasına və potensial təhlükələrin qarşısının alınmasına kömək edir. Bu addım təhsil müəssisələrinə kənar və təhlükəli əşyaların daxil olmasının qarşısını almağa yönəlib.
.jpg)
Mühafizə xidmətinin təşkili üzrə ekspert İntiqam Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, təhlükəsizlik tədbirlərində avadanlıqlarla yanaşı mühafizəçilər də əvvəlcədən maarifləndirilməli, lazımi avadanlıqla təmin olunmalıdır:
“Mühafizə sistemi güclü olmalıdır. Mühafizəçi postu təhvil almadan əvvəl mütləq maarifləndirilməli, ümumi mühafizə əməkdaşına mühafizə vasitələrindən istifadə etmək üçün şərait yaradılmalıdır. Bunun üçün xüsusi avadanlıqlar verilməlidir. Buraxılış rejimi təşkil olunmalı və mühafizənin əsas məqsədi buraxılış–keçid rejimi qaydalarına ciddi şəkildə riayət edilməsini təmin etmək olmalıdır. İlk növbədə isə mühafizəçilər maarifləndirilməli və təlimatlandırılmalıdır”.

Təhsil eksperti Elçin Əfəndi isə deyib ki, şagirdlərin özləri də təhlükəsizlik məsələlərinə qarşı diqqətli və məsuliyyətli olmalıdırlar:
“”İdrak” liseyində baş verən hadisə xoşagəlməz bir vəziyyətdir. Hər bir təhsil müəssisəsi istər dövlət, istərsə də özəl şagirdlərinin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirməlidir. Bu baxımdan, məktəblərin girişində müvafiq texniki cihazların və təhlükəsizlik vasitələrinin quraşdırılması məqsədəuyğun olardı. Eyni zamanda valideynlər də övladlarının təhlükəsizliyinə xüsusi önəm verməlidirlər. Müvafiq texniki cihazların məktəbin girişində quraşdırılması vacib olsa da, bu cür hallar yalnız məktəb daxilində deyil, məktəbdən kənarda da baş verə bilər. Bu, şagirdlər arasında, şagirdlə müəllim arasında və ya şagirdlə valideyn arasında yaşanan münaqişələrdə də özünü göstərə bilər. Məktəblər əsasən təhsil mühitinin qorunmasına və təhlükəsizliyinin təmin olunmasına çalışmalıdır ki, tədris prosesində hər hansı xoşagəlməz hadisə baş verməsin. Bu məsələdə maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Şagirdlərin tərbiyəsi və təlimi vacibdir. Burada birinci növbədə məsuliyyət valideynlərin üzərinə düşür, ikinci növbədə təhsil aldıqları müəssisələrin, üçüncü növbədə isə cəmiyyətin üzərinə düşür. Cəmiyyət gördüyü neqativ hallara biganə qalmamalı, ictimai maarifləndirmə prosesində fəal iştirak etməlidir. Yalnız bu hallarda belə hadisələri ən azı minimallaşdırmaq mümkündür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həm bölgələrdə, həm də paytaxtda mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır ki, valideynlər övladlarına daha çox diqqət yetirə, onların təlimi və tərbiyəsi ilə yaxından məşğul ola bilsinlər”.
Nurcan Babək
Paytaxtın 17 küçəsində tıxac var – SİYAHI
Taksi sürücülərinə şad xəbər: Qiymətlər artırıldı – RƏSMİ AÇIQLAMA
Uşaqlarda suçiçəyi sürətlə yayılır - Valideynlər nəyə diqqət etməlidir? - İnfeksionist AÇIQLADI
Saleh Məmmədovun işdən çıxarılmasında Rusiya amili – Bu şəxslər də vəzifədən gedəcək
Ceyhun Bayramovla Hakan Fidan telefonda nələri müzakirə edə bilər? - POLİTOLOQ
Sonsuz tıxac, tarıma çəkilən əsəblər və rəhbəri yeni dəyişilən qurum: Xəbərdarlıqsız təmirə görə kimə "təşəkkür edək"?
Bakı-Sumqayıt yolunda təmir işlərinin bitəcəyi vaxt açıqlandı
Piyada keçidi, yoxsa ölüm zolağı? - VİDEO
Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO
Tıxaclara son? - Metroya dəstək, avtomobilə alternativ: Bakıya tramvay qayıdır
“İdrak”ın rəhbəri o SİRRİ AÇDI: “Hadisədən sonra xarici ölkədən zəng gəlib”











