“Müəllim hərəsi bir formada olanda şagird onu özündən biri kimi qəbul edir” - AÇIQLAMA

"Müəllimlərin sabit geyimdə, müəyyən bir formada olması vacib məsələlərdən biridir. Bu vacib məsələ nədir? İntizam".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a müəllimlərin vahid forması haqqında danışan təhsil eksperti Elçin Murad bildirdi.
Onun sözlərinə görə, bəzən düşünürlər ki, geyimin təhsilin keyfiyyətinə aidiyyəti, dəxli yoxdur:
.jpg)
"Amma var, birbaşa var. Çünki şagird keyfiyyətli təhsil almaq üçün birinci növbədə qarşısındakının müəllim olduğunu dərk etməlidir. O, qarşısındakının kim olduğunu bilməlidir və buna görə də öz davranışını tənzimləməlidir. Amma bu gün, təəssüf ki, sabit geyim forması olmayanda, müəllimlər də hərəsi bir formada olanda şagirdin gözü buna alışır və onu özündən biri kimi qəbul edir. Başlayır ona qarşı xüsusi bir davranış biçimi sərgiləməyə.
Amma sabit bir uniforma olanda, məktəbdə müəllimin konkret geyim forması müəyyənləşdiriləndə şagird artıq uzaqdan müəllimin gəldiyini görəndə ən azından özünü yığışdırır və müəyyən qədər özünə çəki-düzən verir. Mən özüm Naxçıvanda təhsil almışam, 2008-ci ildə məzun olmuşam. 2008-ci ildən bu yana, hətta ondan da əvvəl Naxçıvanda bütün məktəblərdə həm məktəblilər, həm də müəllimlər üçün sabit geyim forması var idi. Bu da istər-istəməz müəllim-şagird münasibətini düzgün formada tənzimləməyə xidmət edirdi. Belə olan halda da təbii ki, keyfiyyətli nəticədən söhbət gedirdi. Ona görə də düşünürəm ki, bunun gələcəkdə bütün məktəblərdə, Bakı ətrafında və digər rayonlarda da tətbiq olunması daha yaxşı, daha intizamlı və daha əlverişli təhsilin formalaşmasına gətirib çıxaracaq".
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












